Close

Tesla ən ucuz elektrik avtomobilini təqdim edəcək

İlon Maskın Tesla şirkəti 2024-cü ildə ən ucuz elektrik avtomobilini təqdim edəcək.

TNS xəbər verir ki, bunu “Loup Ventures” analitikləri bildiriblər.

Onların fikrincə, yeni və sərfəli Tesla modelinin premyerası 2024-cü ilin birinci yarısında baş tuta bilər. Öz növbəsində istehsala 2025-ci ildə başlanacaq.

Ehtimal görə, elektromobilin təxmini qiyməti 25.000 dollar olacaq və hetçbek "Tesla Model 2" adlanacaq.

Daha əvvəl İlon Mask da ucuz modellər istehsal etmək niyyətinin olduğunu bildirilmişdi.