Close

Nazirlik "WhatsApp"da yaranan problemlə bağlı məlumat yayıb

Xəbər verdiyimiz kimi bu gün "WhatsApp" sosial şəbəkə platformasının işində problemlər yaranıb.

TNS xəbər verir ki, yayılan məlumatlarda problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.

Problemlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:

"Hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır".