Close

"WhatsApp"da yaranan problem aradan qaldırılıb - YENİLƏNİB

“WhatsApp” messencerində yaranan problem aradan qaldırılıb.

TNS xəbər verir ki, hazırda “WhatsApp” üzərindən mesaj yollamaq və almaq mümkündür.

11:38

Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda internet istifadəçilərinin “WhatsApp”dan istifadəsində problem yaranıb.

TNS xarici mediaya istinadla xəbər verir ki, istifadəçilər messencerə daxil ola və xidmətlərdən istifadə edə bilmirlər.

Problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.