Close

Məşhur şirkət minə yaxın insanı işdən çıxarıb

Çoxmillətli texnologiya şirkəti “Microsoft” minə yaxın insanı işdən çıxarıb.

TNS-in məlumatına görə, bu barədə ABŞ mediasında xəbərlər yayılıb.

Dünya üzrə 221000 işçisi olan “Microsoft”da hələ iyul ayında bəzi bölmələr ləğv edilmiş, ancaq gələcəkdə işçilərin sayının artırılacağı bildirilmişdi. Buna baxmayaraq, səhmləri keçən il 30 faiz ucuzlaşan şirkət bu itkini bərpa edə bilməyib.

Qey edək ki, bir çox sosial media və texnologiya şirkətləri, o cümlədən “Facebook”un ana şirkəti Meta, Twitter və Snap Inc artan faiz dərəcələri, inflyasiya və enerji böhranı səbəbindən son aylarda işə qəbulu kəsərək bir çox insanı işdən çıxarmaq qərarına gəlib.