Close

00:03
26 Aprel 2024

Milyonlarla smartfon istifadəçisi təhlükədədir - XƏBƏRDARLIQ

Milyonlarla smartfon istifadəçisinə kritik bir təhlükəsizlik xəbərdarlığı gəlib.

TNS “Haber Global”a istinadla xəbər verir ki, Apple şirkəti bir çox iPhone modellərinin təhlükədə olduğunu bildirib və həmin modellər üçün yeni təhlükəsizlik yeniləməsini buraxıb.

Həmin modellər bunlardır: iPhone 5s, iPhone 6, iPhone 6 Plus, iPad Air, iPad mini 2, iPad mini 3 və 6-cı nəsil iPod Touch.

Bu cihazların istifadəçilərindən iOS 12.5.6 yeniləməsini quraşdırmaları xahiş olunub.

Bu xəbərdarlıqda vurğulanıb ki, əgər istifadəçi zərərli sayta daxil olarsa, onun məlumatları oğurlana bilər.