Close

Kürdə suyun azalması nəticəsində Neftçalada küp qəbirlər aşkarlanıb

Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə və Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.

Bu barədə TNS-ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunub.

Hazırda araşdırmalar davam etdirilir.