Close

21:47
19 Aprel 2024

Azıx mağarasının sənədləri İlkin Siyahıya salınmaq üçün UNESCO-ya təqdim edilib

Azıx və Tağlar mağara düşərgələrinin, Xudafərin körpülərinin UNESCO-nun İlkin Siyahısına daxil edilməsi üçün nominasiya sənədləri hazırlanıb və təqdim edilib.

Bu barədə məlumat Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

"Ötən il fevral-mart aylarında Türkiyə Respublikasının təşəbbüsü ilə “Sədəf sənəti” və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial təmasın simvolu” nominasiya fayllarının hazırlanması istiqamətində birgə iş aparılıb və Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün UNESCO-ya təqdim olunub",-hesabatda deyilir. 

Eyni zamanda, Türkiyə ilə birlikdə “Balabanın sənətkarlığı və İfaçılıq Sənəti”, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla birlikdə “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi”, Türkiyə, İran İslam Respublikası, Əfqanıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla birlikdə “Baramaçılıq, ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı” nominasiya faylları üzrə birgə iş aparılıb və Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün UNESCO-ya təqdim edilib.

Hesabatda Şuşa şəhərinin tarixi hissəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi və “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri”nin isə UNESCO-nun Qeyri-maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün müvafiq sənədlərin təşkilata təqdim olunması öz əksini tapıb.