XİN rəhbəri: "Qarşıdakı 4 ildə ABŞ-la qarşılıqlı maraqlar əsasında formalaşmış münasibətlər görəcəyik"

ABŞ-nin Demokratlar administrasiyası tərəfindən bir günlük antiterror əməliyyatından sonra 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair addımların atılmaması, eləcə də Azərbaycanı cəzalandırmaq niyyətlərini gördük.
TNS-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bundan sonra ABŞ-də 4 il ərzində Respublikaçılar hakimiyyətdə olacaq. Biz fərqli yanaşma müşahidə edəcəyik. Güman edək ki, burada biz yanaşma fərqini, Azərbaycanla ABŞ arasında qarşılıqlı maraqlar əsasında formalaşmış münasibətlər görəcəyik”, - nazir qeyd edib.