Paşinyandan daha çox erməni olan fransız
Qəribədir ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekottini Ermənistanın Baş naziri Nikol Paşinyandan daha çox ermənipərəstdir.
TNS xəbər verir ki, bu sözləri erməni ekspert Harut Sasunyan deyib.
O bildirib ki, rəsmi Bakı Qərbi Azərbaycan haqda danışanda, Paşinyan bunu “biabırçı şəkildı “Qərbi Ermənistan” ilə eyniləşdirəndə”, bu iddiaya sosial şəbəkədə Fransa səfiri cavab verdi (Dekottini Qərbi Azərbaycan əyalətinin İranda olduğunu yazmışdı – red.):
“Nemesis Melkonyan” təxəllüslü erməni X-də Fransa səfirini təriflədi: “Siz bizim növbəti baş nazirimiz ola bilərsinizmi? İndiki etnik türkdür”.
Həmin gün Fransa səfiri İrəvandakı məşhur Göy məscidin fotosunu da yerləşdirmiş və yazmışdı: “İrəvan Göy məscidinin bağlarında Ermənistanın fars irsinin simvolu” (İrəvandakı Göy məscid Azərbaycan abidəsidir, İran isə onu “restovrasiya” edərək, farslaşdırmağa çalışıb və Ermənistan da bu məscidi “fars abidəsi” kimi sırımağa cəhd edir – red.)”.