Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ABŞ Prezidentinin təşkil etdiyi rəsmi qəbulda iştirak edib.

TNS xəbər verir ki, bu haqda Ceyhun Bayramov öz “X” hesabında məlumat verib.

Məlumatda həmçinin qəbulun Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin başçıları üçün təşkil olunduğu bildirilib.