Close

00:08
27 Sentyabr 2024
21:51
26 Sentyabr 2024

XİN Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünə dair məlumat yayıb - YENİLƏNİB

26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.

Bu barədə TNS-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

20:08

ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən üçtərəfli görüş başa çatıb.

TNS xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Görüş mediyaya qapalı keçib.

18:24

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb.

TNS xəbər verir ki, bu gün Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.

10:22

Bu gün - sentyabrın 26-da Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.

TNS xəbər verir ki, məlumatı tərəflər rəsmi şəkildə təsdiq ediblər.

Görüşdə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prioritet olacaq.

ABŞ Dövlət Departamentinin məlumatına görə, görüş bu gün Nyu-York vaxtı ilə səhər saat 10.15-də keçiriləcək.

Xatırladaq ki, Ceyhun Bayramov və Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkdadırlar.