Close

Mirzoyan Bayramovla görüşə buna görə gəlməyib - Gülməli səbəb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dekabrda Moskvaya Rusiya və Azərbaycan XİN rəhbərləri ilə görüşə getməməsinin səbəbi bəlli olub.

TNS Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı “Civilnet” saytı yayıb.

Məlumata görə, dekabrın 23-ü planlaşdırılan görüşə getmək yerinə Mirzoyan Ermənistanın Kotayk vilayətində aldığı yeni iqamətgahı üçün ipoteka müqaviləsi imzalayıb.

Qeyd edək ki, Paşinyanın dünənki mətbuat konfransından Mirzoyanın Moskvadakı üçtərəfli görüşə getməməsini belə izah edib:

“Bu görüşün baş tutmaması, onun boykot edilməsi ilə yox, həqiqətən, dərin böhranla əlaqədardır. Bu situasiyada xarici işlər nazirinin yeni vəziyyətin idarə edilməsi üçün İrəvanda olması vacib idi”.