Close

AY Partiya Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verib

Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Türkiyədə çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyədəki siyasi partiyaların başqanları, millət vəkilləri və düşüncə mərkəzlərinin rəhbərlərinə başsağlığı məktubları göndərib.

Bu barədə TNS-ə partiyadan məlumat verilib. 

Zəlzələnin nəticəsinin çox ağır olduğunu vurğulayan partiya başqanı bu çətin sınaqdan Türkiyə xalqının mətanətlə keçəcəyinə inandığını bildirib. Anar Əsədli Türkiyədəki rəsmilərə partiya olaraq, əlindən gələn köməyi göstərəcəyini də vurğulayıb.

424b3a1e-f1b0-42ad-a05f-c4929da0058f