Close

Xərçəngin müalicəsində yeni yanaşma - Bu, peyvəndin yaradılması üçün əsas ola bilər

Stanford Tibb Məktəbinin alimləri aşkar ediblər ki, xərçəng hüceyrələri immunlaşdıqda, digər immun hüceyrələrinə xərçənglə effektiv mübarizə aparmağı öyrətməyə başlayırlar.

TNS xəbər verir ki, araşdırma "Cancer Discovery" jurnalında dərc olunub.

Ən perspektivli xərçəng müalicələrində bəzən xərçəngə hücum etmək üçün xəstənin immun sistemindən istifadə edilir. Lakin hücum üçün çoxlu hədəflər var ki, onların hər biri ilə adətən ayrıca məşğul olmaq lazım gəlir. Həkimlər bəzən onlar arasından ən perspektivli variantı seçməli olurlar.

İmmunitet hüceyrələrinə xərçəngi təbii olaraq tanımağı öyrətmək yaxşı bir yanaşmadır. Öyrənmə prosesində xüsusi APC hüceyrələri T hüceyrələrinə zərərsizləşdirilməli olan patogenin necə göründüyünü "göstərir".

Alimlər hesab edirlər ki, əgər onlar xərçəng hüceyrələrini APC-lərə çevirsələr, təbii olaraq T hüceyrələrini xərçəng şişlərinə hücum etməyi öyrədə bilərlər.

Tədqiqatçılar siçanın leykimya (qan xərçəngi) hüceyrələrini proqramlaşdırıblar ki, bəziləri APC-lərə çevrilə bilsin. Alimlərin yanaşması nəticə verib: immun hüceyrələr xərçəngi tanıyıb və siçanlar uğurla sağalıblar.

Elm adamları 100 gün sonra siçanlara yenidən kansoregen maddələr yeritdikdə, hələ də onları şişdən qoruyan güclü immun reaksiyası aşkar ediblər. Tədqiqatçılar öz metodlarını bərk şişlər üzərində sınaqdan keçirdikdə, effektivlik daha pis olub, lakin heyvanların sağ qalma nisbəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Gələcəkdə alimlərin kəşfi xərçəng əleyhinə terapevtik peyvəndin yaradılması üçün əsas ola bilər.(publika.az)