Close

22:51
28 Mart 2024

30 yaşından yuxarı bütün qadınların buna ehtiyacı var

Bədəndə vitaminlərin, makro və mikroelementlərin hər hansı birinin çatışmazlığı sağlamlığın pisləşməsinə səbəb olur. Xüsusilə 30 yaşdan sonra qadınların əlavə qida mənbələrinə ehtiyacı var.

TNS xəbər verir ki, bu sözləri terapevt Yelena Bıstrova Ura.ru-ya verdiyi müsahibədə deyib. Həkim həmçinin qadınların sağlamlığı üçün lazım olan əsas vitaminləri və onların təsirini açıqlayıb.

Vitamin A

Beta-karoten böyümə, hüceyrələrin bərpası, dərinin sağlamlığı, qaranlıqda görmə qabiliyyəti və yumurtalıqların sağlamlığına cavabdehdir. A vitamini çatışmazlığı fonunda dəri quruyur və qalınlaşır, dabanların ətrafında çatlar əmələ gəlir. Eyni zamanda saçlar parlaqlığını itirir.

Vitamin E

Tokoferol hormonal dövrü tənzimləyir, hamiləlik şansını artırır, həmçinin xoşxassəli döş şişinin böyüməsinin qarşısını alır. E vitamini çatışmazlığı olarsa, qan axını pisləşir, üzdə qırmızı ləkələr görünür və həddindən artıq əsəbilik əmələ gəlir.

Vitamin C

Askorbin turşusu qadınların sağlamlığına cavabdehdir: onu qoruyur, bərpa edir və gücləndirir. C vitamini də xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

Vitamin B9

Fol turşusu isə dünyaya sağlam uşaq gətirmək şansını artırır.

B vitaminləri (B1, B6, B12)

Onlar cinsi istəyi bərpa edir, sinir sisteminin və beynin inkişafında iştirak edirlər. Bu qrupun vitaminləri psixo-emosional balansdan məsuldur. Çatışmazlıq kəpəyə, saçların yağlanmasına, göz qapaqlarının qaralmasına, dodaqların yaxınlığında çatların və incə qırışların əmələ gəlməsinə, həmçinin dərinin qurumasına gətirib çıxarır.(publika.az)