Close

Prezident İlham Əliyev: “Yaxın gələcəkdə Azərbaycanda Bayraktar Mərkəzi yaradılacaq” - VİDEO

“Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir”.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

“Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm də bizi gücləndirir. Bu, uzun illər bundan sonra Türkiyənin güvənliyini təmin edəcəkdir”, - dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, yaxın gələcəkdə Azərbaycanda Bayraktar Mərkəzi yaradılacaq: "Orada təhsil, istehsal və servis olacaqdır. Selcuk bəy Bakıda olarkən mənə "Kızılelma"nın maketini hədiyyə etdi. Yaxın gələcəkdə "Kızılelma" Azərbaycanın də səmasında olacaqdır".