Close

00:03
26 Aprel 2024

Vladimir Putin son bir ay ərzində Prezident İlham Əliyevə üçüncü dəfə zəng etdi

Noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb.

Xatırladaq ki, bu, Rusiya liderinin Azərbaycan Prezidentinə son bir ay ərzində üçüncü telefon zəngidir. Putin bundan əvvəl noyabrın 17-də və 22-də Prezident İlham Əliyevə zəng etmişdi.