Close

Nizami Gəncəvinin məqbərəsi qəzalı vəziyyətdədir - VİDEO

Dahi şair Nizami Gəncəvinin qəbirüstü məqbərəsi getdikcə qəzalı vəziyyətə düşür. Artıq şairin dəfn olunduğu məqbərəinin yaxın ətrafında dərin çatlar əmələ gəlib.

TNS Teleqraf.com-a istinadla xəbər verir ki, abidə kompleksində bu çatları görmək mümkündür. Nizami Gəncəvinin məqbərəsi 1940-cı illərin sonlarında hazırlanıb. Təxminən 1990-ci illərdə Fərman Quliyev tərəfindən məqbərədə əsaslı təmir işləri görülüb. Onu da bildirək ki, restavrsiya işləri tək şeyx Nizaminin məzarı və məqbərəsi ətrafında deyil həm də əsərlərindən ibarət hazırlanan heykəllərdə aparılıb. Sonrakı illərdə isə məqbərə ancaq cari təmir edilib. Məqbərə kompleksində çatların əmələ gəlməsi faktlarını Gəncə Dövlət Mədəniyyət Qoruğu da təsdiq edib.

Qurumun direktor müavini Vüsal Alıyev deyib ki, məqbərədə divarların çatlaması və silkələnmə hallarının olması faktları var. Buna səbəb yaxınlıqdan keçən magistral avtomobil yolundan hərəkət edən yük maşınlarının surət həddini aşmalarıdır. Məlumat üçün bildirək ki, dahi şairin məqbərəsinin üzərində zamanında xüsusi körpü inşa olunub. Hansı ki, bu körpünün alt hissəsindən Bakı-Qazax magistral avtomoil yolu keçir. Şeyx Nizaminin məqbərəsinin ümumi ərazisi 10-ha dan artıqdır. Burada şairin məzarı yerləşir. Həmçinin Nizaminin xəmsəsini xatırladan heykəllər var.