Close

13:09
13 May 2025

İşğaldan azad olunmuş ərazilərdə yaşayanların sayı 40 mini ötdü

İşğaldan azad olunmuş ərazilərdə yaşayan insanların sayı 40 mindən çoxdur.

Bu barədə TNS-in sorğusuna cavab olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

“Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır”.


Aygün