Close

22:02
06 Dekabr 2024

Gəncədə "dilənçi əməliyyatı"

Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

TNS xəbər verir ki, tədbir zamanı ümumilikdə 26 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.