Close

Şabranda kütləvi zəhərlənmə - Xarici vətəndaşlar da var

Şabranda kütləvi zəhərlənmə olub. İlkin məlumata görə, 18 nəfər zəhərlənib.

TNS "Report"a istinadən xəbər verir ki, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyi ilə 18 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların aralarında xarici vətəndaşlar da var.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir. Qidadan zəhərlənənlərin ikisi Türkiyə vətəndaşıdır.

Məlumata görə, axşam saatlarında dəmir yolu xətti tikintisində işləyən işçilər qusma, halsızlıq, baş ağrıları əlamətləri ilə xəstəxanaya müraciət ediblər.

Təcili Tibbi Yardım şöbəsində onların hamısına yardım olunub. Vəziyyətləri kafi qiymətləndirilir.