Close

21:47
19 Aprel 2024

Toğanada qanunsuz kömür istehsal edən 3 ocaqxana aşkarlandı

Qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Göygöl Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Göygöl rayonu Toğanalı kəndi ərazisində vətəndaşların torpaq sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 3 ocaqxana və kömür quyusu aşkar edilib.

TNS xəbər verir ki, bununlıa bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayon sakinləri Rəşid Məhərrəmov, Elmir Həsənov və Aybəniz Abbasova olduğu müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Kömür quyularının ləğv olunması və zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət edilib.

Qeyd olunub ki, 2022-ci ilin ötən dövrü ərzində keçirilən nəzarət tədbirləri zamanı qanunsuz kömür hazırlanması ilə bağlı Xidmətin əməkdaşları tərəfindən 99 şəxs barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

20221019174141_91240700

20221019174206_26897200