Close

17:34
28 Mart 2024

İcra başçısı qəfil məktəbi yoxladı - 11-ci sinif şagirdlərinin çoxu rayonla əlaqəsi olmayan şəxslər imiş - FOTOLAR

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə seçmə qaydada  Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.

TNS xəbər verir ki, bu barədə Gədəbəy Rayon İcra Hakimiyyətinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Arıqıran kənd tam orta məktəbində 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. İcra başçısı nə direktoru, nə də müəllimləri məktədə tapa bilib.

Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb.

Qeyd olunub ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.

Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.

i1

i2

i3

i4

i5