Close

Erməni politoloqdan Qarabağla bağlı ŞOK AÇIQLAMA

“Qərb ölkələrinin Laçın dəhlizinin açılması ilə bağlı çağırışları qeyri-səmimidir, çünki blokada zamanı həm Laçının, həm də Qarabağın Azərbaycanın tərkibində olması artıq qərara alınmışdı”.

TNS erməni mediasına istinadən xəbər verir ki, bunu politoloq Yervand Bozoyan deyib.

Onun sözlərinə görə, Brüsseldəki son görüşdə Praqa görüşündə artıq razılaşdırılan müddəalar təsdiqlənib.

“Burada yeganə əlavə Azərbaycan və Ermənistan ərazisinin konkret rəqəmlərdə göstərilməsi olub. Bu o deməkdir ki, Azərbaycan ekoloqlarının aksiyası başlayanda artıq təslim olmaq məsələsi razılaşdırılıb”, - Bozoyan bildirib.

Erməni politoloqun fikrincə, Rusiya Qarabağda məsələnin təxirə salınmasında maraqlı olub: “Çünki bu, ona sülhməramlı missiyasını genişləndirmək və müvafiq olaraq Azərbaycana müəyyən təsir göstərmək imkanı verir. Lakin eyni səbəbdən Qərb Qarabağın Bakının nəzarəti altına tezliklə keçməsində maraqlıdır. Belə olan halda sülhməramlı missiyanın uzadılması üçün heç bir əsas olmayacaq və artıq 2025-ci ildə Rusiya ordusu regionu tərk edəcək”.(musavat.com)