Close

Rusiyadan Qarabağdakı gərginliklə bağlı AÇIQLAMA

Qarabağda sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi ərazidə baş verən son gərginlikdən dərin narahatlığımızı ifadə edirik.

TNS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qarabağda baş verən son gərginliyi şərh edərkən bildirib.

“Martın 5-də həm erməni, həm də Azərbaycan tərəfindən insan itkisi ilə nəticələnən silahlı insident baş verib. Tərəfləri təkidlə təmkinli olmağa və situasiyanın de-eskalasiyası üçün addımlar atmağa çağırırıq”, - şərhdə bildirilib.

Rusiya XİN tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr və 2022-ci il 31 oktyabr üçtərəfli razılaşmalarına əməl etməyə çağırıb.