Close

Şuşa yaxınlığında döyüş gedir?

Ermənistanın “Şərəf duyuram” müxalif blokundan olan deputatı Tiqran Abramyan Şuşa yaxınlığında (Xocavənd istiqamətində) intensiv atışma getdiyi haqda məlumat yayıb.

TNS xəbər verir ki, məlumatı erməni mediası da tirajlayıb.

Erməni sosial şəbəkə istifadəçiləri isə erməni separatçıların intensiv atəşlə bağlı çəkdiyi videonu da paylaşıblar.

Qeyd edək ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib.