Close

İlham Əliyev Paşinyanı Münxendə nəyə məcbur edib?

“Laçın dəhlizi ilə bağlı iki proqnoz var idi, lakin heç biri reallaşmadı”.

TNS xəbər verir ki, bu barədə erməni şərhçi Petros Aleksanyan deyib.

Onun sözlərinə görə, Haaqa Məhkəməsinin qərarı ilə dəhlizin açılacağı gözlənilirdi: “Bu olmadı. Ruben Vardanyanın gedişi ilə həll ediləcəyi deyilirdi. Bu da baş vermədi. Hər iki gözlənti yanlış idi, çünki Laçın yolu məsələsi nə texniki, nə hüquqi, nə də kadr xarakteri daşımır. Burada hər şey birbaşa siyasidir”.

Aleksanyan iddia edir ki, hər şey Praqa görüşündə həll edilib.

“Paşinyan həmin görüşdə Laçın dəhlizinin statusunun dəyişdirilməsinə razılıq verib. Daha doğrusu, Əliyev Paşinyanı buna məcbur edib və Nikol Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu məsələ Münxendə keçirilən Blinken-Əliyev-Paşinyan görüşündə bir daha təsdiqlənib. Ola bilər ki, dəhliz nə vaxtsa yenidən açılsın, amma bu, hər şeyin həll edilməsi demək deyil, çünki Bakı hər zaman yolda öz istəyini diktə edəcək”, - erməni şərhçi deyib.(publika.az)