Close

Qarabağdan 49 Rusiya vətəndaşı çıxarıldı

Rusiya sülhməramlıları Rusiya Federasiyasının daha 49 vətəndaşını, o cümlədən 6 uşağı Qarabağdan Ermənistana təxliyə ediblər.

TNS xəbər verir ki, bu barədə RCC telekanalı məlumat yayıb.

Qeyd edək ki, yanvar və fevral aylarında 100-dən artıq rus Qarabağdan çıxarılaraq Ermənistana aparılıb. Onların Qarabağa hansı məqsədlə köçürüldüyü bu günədək açıqlanmayıb.