Close

00:03
26 Aprel 2024

Qarabağla bağlı gizli sənəd - Ermənilər təşvişə düşdü - FOTO

Münxen görüşündə Azərbaycan və Ermənistan arasında razılıq əldə olunduğu bildirilir.

TNS xəbər verir ki, Ermənistan mətbuatı Bakı ilə İrəvan arasında razılaşdırıldığı iddia edilən gizli sənəd yayıb. Erməni jurnalist Armen Aşotyan sosial şəbəkə hesabında sənədin mətninin əks olunduğu görüntüləri paylaşıb.

Mətndə iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıyacağı qeyd olunub. Həmçinin sənəddə Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğu və oradakı işlərin Azərbaycan konstitusiyasına uyğun olaraq həyata keçiriləcəyi vurğulanıb.

Sosial şəbəkələrdə paylaşılan sənəd Ermənistanda ciddi müzakirələrə yol açıb. Erməni mətbuatı və müxalifət nümayəndələri sözügedən sənədi İrəvan hakimiyyətinin Azərbaycan qarşısında məğlubiyyəti kimi qiymətləndiriblər.

1677320005_332389506_1558941391183513_6087652768080577884_n