Close

00:03
26 Aprel 2024

Ruben Vardanyan Qarabağdan göndərilir

Xankəndidəki separatçı tör-töküntülərinin “dövlət naziri” Ruben Vardanyan "postu"nu itirə bilər.

TNS xəbər verir ki, onu qondarma rejimin “baş prokuroru” Qurgen Nersisyanın əvəz edəcəyi barədə məlumatlar var.

Qurgen Nersisyan da “MediaHub”a açıqlamasında “dövlət naziri” postunu tutmaqla bağlı təklif aldığını, lakin hələlik qərar vermədiyini deyib.

Media Qurgen Nersisyanın adını sorosçu dairələrlə əlaqələndirir. Xüsusən, onun 2020-ci iyulundan 2021-ci ilin fevralına qədər hüquq müdafiəçisi kimi çalışmasına vurğu edilir. Bəziləri isə onun Daniel İonnisyanla sıx əlaqəsini qeyd edərək, Nikol Paşinyanın da bu təyinatdan məmnun qalacağını qeyd edir. Qurgen Nersiyan isə sorosçu olması barədə iddiaları qəbul etmir.

"Hraparak" nəşri də Ruben Vardanyanın “vəzifə”dən azad olunacağını yazır. Bildirilir ki, separatçıların başçısı Araik Arutunyan fevralın 23-də Ruben Vardanyanın “vəzifə”sindən azad olunduğunu elan edəcək.(APA)