Close

Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Şuşaya səfər edib.

TNS APA-ya istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Şuşa şəhəri ilə tanış olub.

Beynəlxalq səyyahlar qrupu Cıdır düzündə olub. Daha sonra səyyahlar şəhərin digər tarixi ərazilərini gəziblər. Onlara Şuşanın tarixi, mədəniyyəti, işğal dövründə məruz qaldığı dağıntılar barədə məlumat verilib.