Close

18:27
08 Oktyabr 2024

Naxçıvanın Baş nazirinin vəzifələrə təyin etdirdiyi qohumlarının siyahısı AÇIQLANDI

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışdığı dövrdə tabeçiliyində olan qurumlara təyin etdiyi qohumlarının siyahısı açıqlanıb.

TNS xəbər verir ki, bu barədə ovqat.com saytı məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin 25 aprelində indiki vəzifəsinə təyin olunan Ceyhun Cəlilov bundan əvvəl  cəmi 1 il, 1 ay 10 gün nazir vəzifəsini icra edib - 15 mart 2023-ci il tarixindən 25 aprel 2024-ci il tarixinə qədər.

Sayt Ceyhun Cəlilovun nazir olduğu dövrdə müxtəlif vəzifələrə təyin etdirdiyi qohumlarının, yaxınlarının siyahısını təqdim edib: 

Rəşad İbrahimov – DSMF-də Hüquq və kadrlar şöbəsinin müdiri. Ceyhun Cəlilovun bacısının qayınıdır;

Elmar (familiyası göstərilmir) – DSMF-nin baş mütəxəssisi. Ceyhun Cəlilovun öz qayınıdır; 

Ülvi Hüseynov – DSMF-nin baş mütəxəssisi. Ceyhun Cəlilovun bibisi nəvəsidir. Mənbənin iddiasına görə, onu “Dost” Mərkəzinə şöbə müdiri vəzifəsinə hazırlayırlar;

Ülvininin qardaşı Rafət Hüseynov - DSMF-nin Şahbuz rayon şöbəsində aparıcı mütəxəssis; 

Əhəd (familiyasını dəqiqləşdirə bilmədik) – qohumudur. DSMF-də referent, keçmiş polis zabiti;

Nəsimi Kazımov – kəndlisi, məhəllə uşağıdır. Keçmiş polis zabiti, Ahıllar Evinin direktoru; 

Atabəy Məmmədli – həyat yoldaşının xalası oğlu, Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri; 

Fəxrəddin Bağırov – qohumu, Şahbuz Rayon Məşğulluq Mərkəzinin direktoru;

 Fariz - qonşusu, indiyə qədər heç bir dövlət və özəl təşkilatlarda çalışmayan taksi sürücüsü idi. İndi isə Dövlət Məşğulluq Agentliyində baş mütəxəssis; 

Həsən - xalası nəvəsi, Sosial Xidmətlər Agentliyində sektor müdiri; 

Şahbaz – həmkəndlisi, Naxçıvan Regional Peşə Tədris Mərkəzinin direktoru. 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi və onun tabeli qurumlarının demək olar ki, hamısında Ceyhun Cəlilovun yaxınları və qohunları müxtəlif vəziələrdə çalışırlar. Heç bir aidiyyatı qurum isə bu kadr seçiminə nəzarət etmir. 

“Dost” Mərkəzinə rəhbər gətirmək istədiyi Hikmət İsmayılov dövlət vəsaitini talayan adam olub. Atasına həm Naxçıvandan pensiya təyin etdirib, həm də Bakıdan. Atasının pensiyasının dayandılması ilə bağlı Bakıdan gələn məktubu cırıb zibil qutusuna atan adamın belə yüksək vəzifələrə təyin edilməsi anlaşılan deyil.

DSMF-nin keçmiş sədri Rasim Bağırov onu və DSMF-nin indiki sədri Elməddin Qəribovu korrupsiya üstündə işdən azad etmişdi, nədənsə Ceyhun Cəlilov bu şəxsləri yenidən yüksək vəzifəyə gətirir.