Close

Nazir əvəzi: "Həkimlərin Naxçıvana qayıdışı başlayıb"

Naxçıvanda son bir həftədə 11 həkim fəaliyyətə başlayıb.

TNS xəbər verir ki, bunu Naxçıvan televiziyasına müsahibəsində Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov deyib. 

Samiq Sadıxov qeyd edib ki, yeni fəaliyyətə başlayan həkimlərin bir qrupu əvvəlki illərdə Naxçıvandan köçüb getmişlərdir. Onlar son islahatlardan sonra yaradılan münbit şəraitə görə geri qayıdıblar.

Bununla yanaşı, Azərbaycanın digər rayonlarından olan 7 yüksəkixtisaslı həkim isə iyunun 1-dən Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayacaq. Onlar laboratoriya sahəsində çalışacaqlar.