Close

17:34
28 Mart 2024

Naxçıvanın Rabitə və Yeni Texnologiyalar Nazirliyində “Heydər Əliyev İli” bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Aparatında “Heydər Əliyev və müasir rabitənin inkişaf strategiyası” mövzusunda tədbir keçirilib.

TNS xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüblər.

2d7071cf-b0f4-3317-9ae7-0c46e6065c5d

Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanışlıq olub.

80027d24-4ec1-3008-8427-905257eb4500

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində davam edən tədbirdə nazir Vüsal Sevdimaliyev çıxış edərək bildirib ki, tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Tarixin bütün dövrlərində inkişafı yaradan fundamental əsas fəaliyyət dahi şəxsiyyətlər, liderlər tərəfindən həyata keçirilir. Azərbaycan xalqı da özünü bütünlüklə xoşbəxt hesab edə bilər ki, onun müstəqil Azərbaycan dövlətinin taleyini müəyyənləşdirmiş Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları mövcuddur.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Əsası Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan rabitə sahəsinin inkişafı müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi dövrlərdə rabitənin gələcək inkişafı üçün bir sıra mühüm qərarlar qəbul edilib, ali və orta ixtisas təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün maddi-texniki baza yaradılıb, ölkə iqtisadiyyatının inkişafına qoyulan investisiyaların tərkibində telekommunikasiya sahəsinin həcmi ilbəil artıb.

7c280862-878f-390d-9e50-f4f8e38a5855

1970-ci il iyun ayının 24-də onun təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” tarixi Qərarda rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi ən vacib vəzifələrdən biri kimi qarşıya qoyulub 1993-cü ildə Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan milli rabitəsi yenidən qurulmağa başlayıb.

Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq, həmçinin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqlamlarını izləməsini təmin etmək məqsədilə 1996-cı ildə AzTV-1 milli televiziya proqramı TÜRKSAT süni peyk vasitəsilə yayımlanmağa başlayıb. 2003-cü ildə Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” müasir dövrdə ölkəmizdə bu sahənin inkişafına əsaslı zəmin yaradıb.

7b80b4d6-98b0-3213-bf33-6010c396fcd3_850

Bildirilib ki, qloballaşan, daim yeniləşən dünyanı ən müasir informasiya və kommunikasiya texnologiyaları internet, elektron poçt və qlobal rabitə imkanları olmadan təsəvvür etmək mümkün deyildir. Rabitə sahəsində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda informasiya əsrinin müəyyən etdiyi qlobal çağırışlar nəzərə alınaraq ölkəmizdə rabitə və yeni texnologiyaların inkişafı ilə bağlı bir çox konseptual strategiyalar və çoxsaylı müvafiq Dövlət proqramları qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üzrə Milli Strategiya”nın həyata keçirilməsi informasiya–kommunikasiaya texnologiyaları sektorunun əsas göstəricilərini inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri səviyyəsinə çatmağına zəmin yaradıb. Bu sahənin inkişafı üçün qəbul olunmuş növbəti hüquqi sənəd olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişaf potensialının artırılmasına, iqtisadiyyatın rəqəmsallaşdırılmasına öz töhfəsini verib.

Dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsi muxtar respublikamızda da prioritet sahə olmaqla, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün rabitə və yeni texnologiyaların inkişafı, eləcə də əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Ötən dövrlər ərzində Trans-Asiya-Avropa fiber-optik kabel magistralı üzərindən Naxçıvan-Bakı arası 155 meqabit saniyəlik rabitə kanalının istifadəyə verilməsi böyük tutumlu danışıq, video informasiya, sürətli internet və s. məlumat mübadiləsini həyata keçirməyə imkan vermiş, muxtar respublikada ümumilikdə, 229 müasir tipli avtomat telefon stansiyası quraşdırılmış, sakinlərə Nakhinternet provayderi vasitəsilə internetin təmin edilməsi üçün Delta Telekom və Türk Telekom İnternational şirkətləri ilə müqavilələr bağlanılıb, muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiberoptik kabel magistralına qoşulub, Naxçıvanın ilk dəfə tranzit telekommunikasiya imkanları yaradılıb.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Nazirlik tərəfindən muxtar respublika üzrə 2020-2022-ci illər ərzində 6878 abonentə sabit şəbəkə telefon xətti çəkilib, 20537 abonent genişzolaqlı internet ilə təmin olunub, Nazirliyin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində yeni telekommunikasiya avadanlıqları alınıb, məsul şəxslərin iştirakı ilə rayon mərkəzlərində və kəndlərində monitorinqlər aparılıb, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması üçün operativ və zəruri tədbirlər həyata keçirilib.
Həmçinin, bu müddət ərzində kadr hazırlığı da diqqətdə saxlanlıb, müvafiq peşə təhsilinə malik olmayan 120 nəfərə yaxın rabitə mütəxəssisi peşə kurslarına cəlb olunub və müvafiq sertifikatlarla təmin olunub, Nazirliyin Aparatında və tabeli qurumlarında çalışan mühəndis proqramçıların zəruri biliklərinin artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə 3-ə yaxın peşəkar kurs təşkil edilib, 17 seminar, 5 vebinar və 2 təlim keçirilib.

Qeyd olunub ki, muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlər göstərilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilib, bir sıra dövlət qurumlarının internet səhifələrinin “AzstateNet” şəbəkəsində yerləşdirilməsi təmin edilib, Nazirliyin mühəndis-proqramçıları tərəfindən bir sıra dövlət qurumlarının internet səhifələri yenilənərək Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhlükəsizlik auditi aparılmaqla “GOV.AZ” domen zonasına köçürülüb, eləcə də e-poçt adresləri ilə də təmin olunub.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli qeyd edib ki, Azərbaycanın tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyevin rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, heyranlıq doğuracaq coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarıb. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır.

Sonda nazir Vüsal Sevdimaliyev tədbirə yekun vuraraq bildirib ki, rabitəçilər yaranmış şəraitdən səmərəli istifadə edərək muxtar respublikada yeni texnologiyaların inkişaf etdirilməsi üçün qarşıya qoyulan vəzifələrin icrasını layiqincə təmin edəcək, sakinlərə yüksək səviyyəli rabitə və internet xidmətlərinin göstərilməsi və ən müasir texnologiyaların tətbiq edilməsi üçün səylərini artıracaqlar.