Close

21:47
19 Aprel 2024

Kəngərli rayon sakinlərinə ŞAD XƏBƏR - İnternetin sürəti artırıldı - FOTO

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda internetin sürətinin artırılması məqsədilə yeni avadanlıqlar quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən TNS-ə verilən məlumata görə, Naxçıvan şəhər Mərkəzi Avtomat Telefon Stansiyası ilə Qıvraq Mərkəzi Avtomat Telefon Stansiyası arasında 2 ədəd 48 portlu (10 GB) Juniper EX2300 Ethernet Switch, 2 ədəd 80 km siqnaldaşıma gücünə malik SFP (Small Form-Factor Pluggable) ötürücü modul və 2 ədəd DC-AC converter qoşulub.

Nazirliyin mütəxəssisləri tərəfindən avtomat telefon stansiyalarında zəruri texniki tədbirlər həyata keçirilib. Yeni quraşdırılan avadanlıqlar vasitəsilə rayon mərkəzində və kəndlərdə internetin sürəti artırılıb.

Bildirilib ki, mühəndislər tərəfindən Kəngərli rayonunda internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə telekommunikasiya sahəsində istifadə olunan müasir ölçmə cihazları vasitəsilə monitorinqlər aparılır.

1d238a40-1fc6-4404-b3b2-3b987f1fd81c

867d8905-be2e-430e-9455-f842d069b711

a949fb36-1391-4c91-9f57-ada1a791df04