Close

Naxçıvanda əməliyyat keçirildi- Odlu silah və külli miqdarda... - FOTO

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret, spirtli içki və yivli odlu silah aşkar ediblər.

TNS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər.

Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsindəki yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 18960 ədəd siqaret və 91 ədəd spirtli içki aşkar edilib.

Həmçinin baxış zamanı aşkarlanan 1 ədəd sənədsiz yivli odlu silah və 94 ədəd mərmi aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

2e84b50b-1176-3365-a352-8c44c34a797b_850

18620691-a86f-341b-8497-743c34c125d1_300

7321050f-d5a0-3030-9081-77f6cb3664f0_300

f84a4310-41ef-34b2-8f3a-f30038e6ad13_300