Close

Naxçıvan gömrüyündəki əməliyyatların şok pərdəarxası

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub. 

TNS Gununsesi.info-ya istinadla xəbər verir ki, bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz  milyonlarla hesablanan məhsulların  rüsuma cəlb olunmadan keçirilməsi olub.

Təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib.

Mənbəmizin iddiasına görə, həmin qızılların 1 kq üçün sahibkarldan 3000 manat rüşvət alınıb.

“Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi” deyən mənbəmiz əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin  sayı  da artacaq.