Close

“Hicab mənim fəxrimdir” - Rusiyada müsəlman baş örtüyü ilə bağlı mənfi stereotiplər dağıdılır - FOTO

Moskva Cümə Məscidində Ümumdünya Hicab Gününə həsr olunmuş, müxtəlif müsəlman xalqlarının milli geyimlərini əks etdirən “Hicab mənim fəxrimdir” adlı sərgi açılıb.

TNS “Ria Novosti”yə istinadla xəbər verir ki, layihənin məqsədi milli geyimlər vasitəsilə müsəlman xalqlarının müxtəlifliyini və unikallığını nümayiş etdirmək, müsəlman baş örtüyü ilə bağlı mənfi stereotipləri dağıtmaqdır.

2ab7e3e4-7710-4181-8e16-73939ab95474

Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Rusiya Federasiyasındakı səfirliyinin, Türkiyə Respublikasının Moskvadakı səfirliyinin nümayəndələri, eləcə də milli diasporların nümayəndələri və tanınmış bloggerlər iştirak ediblər.

Tədbir Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin, Moskva Müsəlmanları Ruhani İdarəsinin, Moskva Cümə Məscidinin, eləcə də milli diasporların və icmaların dəstəyi ilə təşkil olunub.

28dc785d-a9ab-4bce-b75e-6eee2b35e089_1

Sərgi 7 fevral tarixinədək davam edəcək.