Close

Şeyx bayram namazını Fransada qılacaq

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşür.

Bu barədə TNS-ə Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərdə məqsəd Avropa Şurasının 2 may tarixində "Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq" mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak etməkdir.

Qeyd edək ki, Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.