Close

Hacı Surxay: “Dini nöqteyi-nəzərdən cənazə dəfn olunmalıdır, gecikməsi günah sayılır”

“Bir insanı qətlə yetirmək, bəşəriyyəti öldürməkdir”.

TNS xəbər verir ki, bu sözləri Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Surxay Məmmədli deyib.

Onun sözlərinə görə, cinayətkar ağır şəkildə cəzalanmalıdır:

“Bu hadisə məni çox sarsdı. Mərhum qonşumdur. Valideynləri çox narahatdırlar. Səfirliyə qarşı edilən terror vandallığın bariz nümunəsidir”.

S.Məmmədli qeyd edib ki, nəşin gecikməsi yolverilməzdi:

“Dini nöqteyi-nəzərdən cənazə dəfn olunmalıdır. Gecikməsi günah sayılır”.