Kimisi Şuşanı, kimisi Avropanı seçdi - Azərbaycanlı məşhurlar harada dincəldi?
İsti yay günlərini geridə qoyduq. Artıq işgüzar insanlar, eləcə də sənət adamları iş fəaliyyətini bərpa edib. Bəs, yerli məşhurlar yayda istirahət üçün hara üz tutublar?
TNS xəbər verir ki, yerli məşhurların ən çox üz tutduqları ölkə Türkiyədir.
Xalq artisti Miri Yusif iyul ayında üç günlük konsert verdikdən sonra ailəsi ilə birlikdə İzmirdə dincəlib.
Müğənni Murad Arif əvvəlcə Türkiyəyə yollanıb. O, daha sonra ailəsi ilə işğaldan azad olan torpaqlarımıza - Şuşaya gedib.
Əməkdar artist Mətanət İsgəndərli dincəlmək üçün Antalyanı seçib.
Müğənni Elvin Mirzəzadə isə Şərm-əl-Şeyxdə istirahət edib.
Aparıcı Zaur Kamal yayın son günlərində istirahətə yollanıb. O, dincəlmək üçün Türkiyəni seçib.
Müğənni Talıb Tale İtaliyaya istirahətə gedib. Sənətçi istirahət fotolarını "Gəzməyə qərib ölkə…" şərhi ilə paylaşıb.
"Avroviziya" qalibimiz Nigar Camal tətilini Bodrumda keçirib.
Bir müddət əvvəl boşanan cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyova istirahətə birlikdə yollanıblar. Onlar eyni məkanda çəkdirdikləri fotoları sosial mediada paylaşıblar.
Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş yay tətilini Avropada keçiriblər. Onlar Almaniyada istirahət ediblər.
Müğənni Sevda Yahyayeva isə həyat yoldaşı Zakir Bayramovla birlikdə İngiltərəni seçib.
Könül