Close

21:47
19 Aprel 2024

Adil Kərimli: "Mədəniyyət Nazirliyində elə işçilər var ki, işlədiyi işdən xəbəri yoxdur"

Mədəniyyət Nazirliyində kadrlarla bağlı problemlər var.

TNS xəbər verir ki, bunu bu gün Milli Məclisin Mədəniyyət Komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.

Onun sözlərinə görə, elə işçilər var ki, işlədiyi işdən xəbəri yoxdur: “Bunları təkmilləşdirmək üçün hər kəsin dəstəyinə ehtiyac var. Nazirliyin 41 minlik heyəti var, 30 mini bölgələrdə çalışır. Bunlardan 7 faizi mədəniyyət sahəsi üzrə təhsil alıb”.