Close

00:03
26 Aprel 2024

Bu məşhur 2 saatda Bakıda 300 min dollar qazandı - FOTO

Türkiyənin məşhur müğənnisi Zeynəb Bastık dünən Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.

TNS xəbər verir ki, konsertdən əvvəl media nümayəndələrinin suallarını cavablandıran müğənni Bakıya sevgisini dilə gətirib:

"Bir müddət öncə pilləkəndən yıxılıb onurğa sümüyümü qırdım. 1 ay yarım müalicə aldım. Bu, sağlamlığıma qovuşduqdan sonra verdiyim ilk konsertimdir. Burda olduğumuz üçün çox sevincliyəm. Gördüyünüz kimi, ayaqdayam, konsert boyu mahnılar ifa edib rəqs edəcəyəm. Musiqi heyətim və səhnə üçün çox darıxmışam. Hazırda özümü yaxşı hiss edirəm, enerjim də yerində, bomba kimiyəm.
Azərbaycanı çox sevirəm, çox qonaqpərvər, mehriban və nəzakətlisiniz".

Səhnəyə qara və çəhrayı krujeva parçadan tikilən kostyumda çıxan ulduz qəribə geyimi ilə də diqqət çəkib.

Qeyd edək ki, Türkiyə mətbuatının yazdığına görə, 29 yaşlı müğənni 2 saatlıq Bakı konsertindən 300 min dollar qazanıb.

326425442_2082952725237263_1636605003603924325_n

326838156_581887403461372_6315768144648611782_n_1

img-20230121-wa0006

img-20230121-wa0008