Close

Bakıda Türkiyə əleyhinə filmə qarşı etiraz aksiyası keçirilib

Almaniya və Yunanıstan istehsalı olan Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” ("Sisters apart") filminin nümayişinin planlaşdırdığına görə Bakıda "Landmark"ın qarşısında etiraz aksiyası keçirilib.

TNS xəbər verir ki, "Landmark"ın qarşısında toplaşan bir qrup şəxs Türkiyəyə dəstək nümayiş etdirib, "Terrora son!", "Yaşasın Azərbaycan, Türkiyə!" şüarlarını səsləndiriblər.

Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Xatırladaq ki, "Odda - İki bacı" filmi Türkiyəyə qarşı çəkilib. Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də Bakı kinoteatrları filmin nümayişindən birmənalı şəkildə imtina edib.

Buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark"da nümayiş etdimək niyyətini göstərib. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, Avropa Film Festivalı çərçivəsində “Odda - İki bacı” filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib.