Close

10:35
23 Aprel 2024
09:56
23 Aprel 2024

Yelena Zelenskaya Qobustanla bağlı paylaşım edib

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Azərbaycanın Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ilə bağlı "Instagram" səhifəsində paylaşım edib.

TNS Qafqazinfo-ya istinadla xəbər verir ki, o bildirib ki, sözügedən qoruqda Ukrayna dilində audiobələdçi də var:

“Qobustan 6 mindən çox qayaüstü təsvir tapılmış unikal yerdir. Planetdə incəsənətin yarandığı ilk yerlərin biridir”.

Y. Zelenskaya qeyd edib ki, hazırda 32 ölkədə Ukrayna dilində 50 audibələdçi var və bu say gələcəkdə artacaq.

Qeyd edək ki, müxtəlif ölkələrdə Ukrayna dilində audiobələdçinin tətbiqi layihəsi birinci xanımın şəxsi təşəbbüsüdür.