Close

Günəşdə əriməyən dondurma hazırlandı

İngiltərədə Ben & Jerry's və Magnum günəşdə əriməyən yeni dondurma yaradıblar.

TNS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, onun resepti açıqlanmayıb, lakin mütəxəssislər nişastanın daha çox, şəkərin isə daha az  olacağına inanırlar.

Kanadanın Guelf Universitetinin ekspertinin fikrincə, dondurma ona görə yumşaq qalır və asan yeyilir ki, tərkibindəki şəkər həll olunduğu suyun donma dərəcəsini aşağı salır.

Alimlər həmçinin qeyd edirlər ki, istənilən temperaturda buzun miqdarı (yəni sərtlik) süd tozunun tərkibindəki şəkər və laktozanın suda nə qədər həll olmasından asılıdır. Şəkər buzda həll olunmadığı üçün su nə qədər az olarsa, şəkər bir o qədər çox əriyir, yəni temperatur bir az daha aşağı düşənə qədər o, bu vəziyyətdə qalır.

"Bunu suyu və yağı əhatə edən və onlara sabitlik verə bilən nişasta ilə də etmək olar. Hər şey sabitlikdən asılıdır", - ekspertlər əlavə edib.

Onların fikrincə, nişastanın həll olunma qabiliyyətinə görə dadı dəyişməyəcək.