Close

21:47
19 Aprel 2024

Bu kəşf alimləri çaş-baş salıb- Astronomiya dərsliklərini yenidən yazmaq lazım gələcək

James Webb Kosmik Teleskopunun köməyi ilə astrofiziklər kütləsi əvvəllər təsəvvür ediləndən daha böyük olan 6 inanılmaz nəhəng qalaktika aşkar ediblər. Əgər onların həqiqiliyi nəhayət təsdiq olunarsa, bu, bəşəriyyətin kosmos haqqında fikirlərini əhəmiyyətli dərəcədə dəyişə bilər.

TNS xəbər verir ki, bu barədə "Newatlas.com" xəbər verir .

Qalaktikaların hər biri Böyük Partlayışdan təxminən 500-800 milyon il sonra, yəni 13 milyard ildən çox əvvəl meydana çıxa bilərdi. Onlar, sadəcə olaraq nəhəngdirlər: bəzilərində, demək olar ki, müasir Süd Yolu qalaktikası qədər ulduz var. Alimlərin fikrincə, belə qalaktikalar, sadəcə olaraq yaranmamalı idi.

Ceyms Uebbin indiyə qədər kəşf etdiyi qalaktikalar (məsələn, Böyük Partlayışdan 350 milyon il sonra yarananlar) kiçik idi. Tədqiqatçılara bu qalaktikaların həqiqətən də bu qədər böyük və köhnə olduğunu təsdiqləmək üçün daha çox məlumat lazımdır.

İlkin müşahidələr göstərir ki, bəşəriyyət astronomiya dərsliklərini yenidən yazmalı ola bilər.

six_new_galaxies

Yeni kəşf edilmiş qalaktikalarla bağlı başqa bir fikir var. Alimlərin fikrincə, onlar zəif kvazarlar (son dərəcə parlaq aktiv qalaktik nüvələr) ola bilərlər.

Alimlər deyirlər ki, Süd Yolu ildə təxminən 1-2 yeni ulduz əmələ gətirir. Kəşf edilmiş qalaktikaların yaşı və ölçüləri düzgün təxmin edilirsə, o zaman onlardan bəziləri kosmosun tarixi ərzində hər il yüzlərlə yeni ulduz yaratmalı idi. Hesablamalar göstərir ki, bu sayda ulduzun belə sürətlə formalaşması üçün kifayət qədər material (ulduzların və planetlərin əmələ gəldiyi material) sadəcə ola bilməzdi.

Tədqiqatçı Erika Nelson "Bu qalaktikalardan biri real olsa belə, kosmologiya anlayışımıza son qoyacaq" deyib.

Tədqiqatın aparıcı müəllifi İvo Labbe, alternativlərdən birinin yeni kəşf edilmiş obyektlərin bəşəriyyətin əvvəllər qarşılaşmadığı yeni yaranan superkütləvi qara dəliklər sinfinə aid olduğunu deyib.(Publika.az)