Close

Avropa Komissiyası bu həşəratı qida olaraq təsdiqlədi

Avropa Komissiyası yağdan təmizlənmiş və toz halına salınmış cırcıramanın qida növü olaraq qəbul edilməsini təsdiqləyib.

TNS xəbər verir ki, bununla bağlı məlumat Avropa Komissiyasının internet saytında Avropa Qida Təhlükəsizliyi Təşkilatının elmi rəyinə istinadən yer alıb.

Elmi adı "Alphitobius diaperinus" olan cırcırama böcəkləri yağından təmizlənərək toz halında istifadə ediləcək.

Yaxın gələcəkdə məhsulun bazara çıxarılması planlaşdırılır.