Close

19:53
24 Aprel 2024

Ölkədə plastik çəngəl, qaşıq, bıçaq QADAĞASI

Böyük Britaniyada hökumət plastik çəngəl, bıçaq, qaşıq və boşqab kimi birdəfəlik əşyaların qadağan ediləcəyini təsdiqləyib.

TNS xəbər verir ki, bu barədə Ətraf Mühit Naziri Tereza Koffi məlumat verib.

Nazirin sözlərinə görə, bu addım gələcək nəsillər üçün ətraf mühitin qorunmasına kömək edəcək.

Qərarın nə vaxt qüvvəyə minəcəyi açıqlanmayıb.

Rəsmi məlumatlar göstərir ki, Böyük Britaniyada hər il 1,1 milyard birdəfəlik boşqab və 4 milyarddan çox plastik çəngəl, bıçaq, qaşıq istifadə olunur.

Məlumdur ki, plastik tullantılar uzun illər təbiətdə həll olunmur.

Bu qadağa hazırda Şotlandiya və Uelsdə qüvvədədir. (BBC)