Close

Bütün bəşəriyyətin mənşəyi bu ərazidən başlayıb

"Bütün bəşəriyyətin mənşəyi müasir Sudan ərazisindən başlayıb".

TNS Reuters-ə istinadən xəbər verir ki, Oksford Universitetinin Böyük Məlumat İnstitutunun tədqiqatçıları insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini çıxardarkən bu qənaətə gəliblər.

83-3XPB

“Bizim müəyyən etdiyimiz ən qədim əcdadlar müasir Sudanda tapılan coğrafi məkana aiddir. Bu əcdadlar hesablamalara görə 1 milyon il əvvəl yaşayıblar. Beləliklə, genomumuzun hissələri bu fərdlərdən miras qalıbl”,- tədqiqatın aparıcı müəllifi Dr Entoni Vilder Vons deyib.

Vonsun sözlərinə görə, məlumatlar təkcə insan geologiyasını daha yaxşı anlamağa kömək etmir, həm də tibb kimi digər tədqiqatlarda da faydalı ola bilər.